6 C
Baku
Sunday, December 15, 2024

“FinEx Kredit” BOKT 2 ildir ki, zərər edir

“FinEx Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 421 min manat zərərlə başa vurub. 2021-ci ildə isə BOKT-un zərəri 312 min manat olub. Belə ki, illik müqayisədə “FinEx Kredit”in zərəri 35% artıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “FinEx Kredit” BOKT-un xalis faiz gəlirləri 296 min manat (əvvəlki il 566 min manat), müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 807 min manat (əvvəlki il 1 milyon 163 min manat) təşkil edib.

31 dekabr 2022-ci il tarixinə BOKT-un aktivləri 5 milyon 384 min manat olub ki, bu da illik müqayisədə 4.4% azdır. Bunun 3 milyon 319 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 2021-ci ilin müvafiq dövrünə nisbətən “FinEx Kredit” BOKT-un kredit portfeli 7% kiçilib.

Ötən il “FinEx Kredit” BOKT-un öhdəlikləri 4 milyon 744 min manatdan 4 milyon 932 min manata çatıb, cəmi kapitalı isə 887 min manatdan 452 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər