24 yanvar 2023-cü il saat 12.00-da Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
Bu barədə Banker.az BOKT-un elanına istinadən xəbər verir.
Yığıncağın gündəliyinə 2022-ci ilin yekunlarının müzakirəsi; 2022-ci ilin maliyyə yekunlarının müstəqil auditor tərəfindən aparılmış auditinin nəticələrinin təsdiqi; 2023-cü il üzrə şirkətin inkişaf perspektivləri və digər məsələlər daxil edilib.
“Bütün səhmdarların iştirakı vacibdir”- deyə, elanda bildirilir.
Xatırladaq ki, BOKT 2013-cü ildə yaradılıb və 800 min manat nizamnamə kapitalı var. Onun səhmdarları bu şəxslərdir:
- 95% – Şəlalə Tağıyeva
- 25% – Raminə Allahverdiyeva
- 63% – Azad Cəbrayılov
- 83% – Mobil Şərifov
- 08% – Tokay Şıxəlizadə
- 75% – Rövşən Məmmədov
- 63% – Tofiq Cəfərov
- 25% – Azər Hacıyev
- 03% – Gülnarə Tağıyeva
- 63% – Sevil Hidayətova