14 C
Baku
Sunday, May 5, 2024

Finlandiya F-35 qırıcılarının ilk qrupunu ölkənin şimalında yerləşdirəcək

Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.

Bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ötən ilin dekabrında Finlandiya hakimiyyəti köhnəlmiş F/A-18-ləri əvəz etmək üçün ABŞ-dan 64 ədəd F-35 qırıcısı almaq niyyətində olduqlarını açıqlamışdı. Təyyarələrin ilk partiyası 2026-cı ildə Rovaniemidə, digərləri isə daha sonra ölkənin cənubunda yerləşdiriləcək.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər