27 C
Baku
Saturday, July 27, 2024

Finlandiya ölkəyə giriş şərtlərini sərtləşdirəcək

Bu cümə Suomi hökuməti ölkəyə giriş şərtlərini daha da sərtləşdirəcək yeni tədbirlər qəbul etmək niyyətindədir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin nümayəndəsi Eriikka Kostine məlumat verib.

“Finlandiya yaxın gələcəkdə turizm üçün bağlı olacaq. Bu cümə günü hökumətimiz yeni səyahət məhdudiyyətlərinə dair qərar verməyi planlaşdırır. Yalnız zəruri işgüzar səfərlərə və malların daşınmasına icazə veriləcək”, – deyə Kostine söyləyib.

Qeyd edək ki, bu gün Şengen zonasına daxil olmayan yalnız yeddi ölkənin vətəndaşları koronavirusla bağlı epidemioloji vəziyyətin əlverişli olduğu Helsinkini ziyarət edə bilərlər. “Yaşıl siyahı”ya Avstraliya, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Cənubi Koreya və Yaponiya daxil olub. Verilən məlumata görə, bu siyahıya daxil olmaq üçün son 14 gündə yoluxma 100 min nəfərə 25 nəfərdən çox olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər