10 C
Baku
Thursday, December 12, 2024

Finlandiya-Rusiya sərhədində iki keçid məntəqəsi açılıb

Finlandiya-Rusiya sərhədində iki keçid məntəqəsi açılıb.

Bu barədə “RİA Novosti“ məlumat yayıb.

Məlumatda deyilir ki, keçid məntəqələri bu gün səhərə yaxın açılıb. Söhbət Vaalimaa və Niirala keçid məntəqələrindən gedir. Vaalimaa sutkanın 24 saatı, digəri isə hər gün səhər saat 8-dən axşam 8-ə qədər fəaliyyət göstərəcək. Ölkələr arasındakı digər sərhəd-keçid məntəqələrinin bağlı qaldığı bildirilib.

Qeyd edək ki, Finlandiya Nazirlər Kabineti 12 dekabrda Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin açılacağını elan edib.

Xatırladaq ki, Finlandiya Rusiyadan ölkəyə gələn sənədsiz immiqrantların sayının artması ilə əlaqədar sərhəddə hərəkətin məhdudlaşdırılması üçün hazırlıq işlərinə başlamaq qərarına gəlib və ötən ayın əvvəlindən etibarən Finlandiya tərəfi Rusiya ilə sərhədin bağlanmasını qərarını icra etməyə başlayıb.

Noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddə bürün keçid məntəqələri bağlanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər