Xarici şirkət Azərbaycandakı filialını bağladı.
Banker.az xəbər verir ki, “Vərtsilə Finlənd Oy” Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1000 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93, ev BEGOC Biznes Mərkəzi, 6-cı mərtəbə, mənzil 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Finlandiya şirkətinin filialı Azərbaycanda 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Jorma Veli Antero Neiskaia-dır.