14 C
Baku
Monday, May 6, 2024

Finlandiya Ukraynaya növbəti yardım paketini təsdiqləyib

Finlandiya Ukraynaya 20-ci hərbi yardım paketini təsdiqləyib.

Hərbi yardım barədə hökumət kabinetinin təklifini Prezident təsdiqləyib.

Bildirilib ki, təsdiqlənən hərbi yardımın dəyəri 100 milyon avro dəyərindədir. Bununla da Finlandiyanın Ukraynaya indiyə qədər göndərdiyi hərbi yardımın dəyəri 1.5 milyard avroya çatıb.

Təhlükəsizlik səbəblərinə görə, yardımın təfərrüatının, çatdırılma üsulunun açıqlanmayacağı bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi yardıma görə Finlandiya Prezidenti Sauli Niinistöyə təşəkkür edib. Bununla bağlı o, “X” hesabında paylaşım edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər