25 C
Baku
Friday, April 19, 2024

“Finoko” BOKT-un borcları böyüyür, xərcləri artır – Xalis mənfəəti azalıb

“Finoko” Bank Olmayan Kredit Təşkilatı ASC 2021-ci ildə faizlər üzrə və əməliyyat xərclərinin yüksəlməsi hesabına xalis mənfəətini azaldıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına “RSM Azerbaijan” audit şirkəti tərəfindən verilən rəyə istinadən xəbər verir.

BOKT-un gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 13% artaraq 5 725 min manat (5 milyon 725 min) olduğu halda, xərcləri 2.3 dəfə artaraq 2 086 min manat olub.

1 190 manatlıq isə kredit zərərləri üzrə ehtiyatlara ayırma edib.

İnzibati xərclərinin həcmi 2 299 min manat olub. Bu 2020-ci ildə 1 791 min manat idi.

Bununla da xalis mənfəət 54% azalmaqla 1 142 min manata düşüb.

Bu xalis mənfəət onun balansındakı bölüşdürülməmiş mənfəəti 3 585 min manata çatdırıb. 4 855 min manatlıq nizamnamə kapitalı və 833 min manat diər kapitalı ilə onun cəmi kapitalı 9 273 min manata yüksəlib.

11121231

BÖYÜK BORCLAR CƏLB EDİR, KREDİTLƏR VERİR

“Finoko” BOKT 2021-ci ildə buraxılmış borc qiymətli kağızlarının həcmini 6 572 min manatdan 17 069 min manata qaldırıb. Onun müddətli borc öhdəliklərinin həcmi 2 777 min manatdan 3 015 min manata yüksəlib.

3123322

Audit rəyində göstərilir ki, BOKT-un müddətli borclarının 1 842 min manatı “Dunwich FZE”, 1 028 min manatı Kənd Təsərrüfatı Nazirliyinə və 128 min manatı isə SİF-ədir.

İstiqrazlar üzrə öhdəliyi 9-15% illik ödənişlədir.

Müştərilərə verdiyi kreditlərin həcmi son ildə 24% artaraq 23 096 min manata yüksəlib. Bankın 1 803 min manatlıq ehtiyatlara ayrılmış krediti var.1111111 2 de3

Son xəbərlər
Digər xəbərlər