9 C
Baku
Saturday, April 13, 2024

“Finoko BOKT”nin yeni buraxdığı səhmləri iki investor alıb

2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında “FINOKO” BOKT ASC-nin AZ1001019467 dövlət qeydiyyat nömrəli 500 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 10 manat qiymətindən 2 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Bununla da BOKT-nin nizamnamə kapitalı 5 milyon 355 min manata çatıb

Xatırladaq ki, BOKT-nin 1 yanvar 2023-cü ilədək olan tarixdə, səhmdarları Elçin və Elmar Əliyev qardaşları idi. Ehtimal ki, yeni buraxılan səhmlərə də bu iki şəxs sahib olublar.

Son xəbərlər
Digər xəbərlər