Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “Sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqlədi . AccessBank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub saxlayır. Agentlik həmçinin, Bankın Dəstək Reytinqini “3” səviyyəsində təsdiqlədi, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.
“Mövcud reytinq Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq, biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik” – AccessBank-ın İdarə Heyətinin sədri Dr. Rolf Reichardt reytinqi şərh etdi.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.