10 C
Baku
Friday, December 13, 2024

“Fitch”: Azərbaycanın builki strateji valyuta ehtiyatları təxminən 50 mlrd. dollar təşkil edəcək

“Fitch Ratings” beynəlxalq agentliyinin proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi bu il 49,8 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da ölkənin 31 aylıq cari xarici ödənişlərinə (CXP) bərabərdir.

Ölkənin strateji valyuta ehtiyatlarının əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlindən cəmi 0,1% azalıb. Agentliyə görə, ARDNF tərəfindən reallaşdırılan hazırkı valyuta satışının səviyyəsi dövlətin 2020-ci il üçün ötən ilin avqust ayında elan etdiyi yenidən işlənmiş büdcə planı ilə uyğundur və manatın ABŞ dollarına qarşı sabit məzənnəsini qorumağa kifayətdir.

Xatırladaq ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49,8 mlrd. dollar, 2019-cu ildə isə 51,1 mlrd. dolları təşkil edib.

Qeyd edək ki, “Fitch”in terminologiyasına əsasən, cari xarici ödənişlər mal və xidmətlərin idxalının, gəlir ödənişlərinin (işçi təzminatları və investisiya gəliri) və orta illik məzənnə ilə ABŞ dollarına çevrilən cari transfer ödənişlərinin məcmusudur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər