23 C
Baku
Friday, April 26, 2024

“Fitch” Azərbaycanın bank sektoru üçün proqnozunu pisləşdirib

“Fitch Ratings” agentliyi Ukrayna, Rusiya, Qazaxıstan, Ermənistan, Azərbaycan, Belarus və Gürcüstanın bank sektoru üçün proqnozu pisləşdirib. Özbəkistanın bank sektoru üçün proqnoz isə “sabit” olaraq qalıb. Bunu İnterfax məlumat verir.

Agentlik proqnozun dəyişməsini koronavirusa qarşı mübarizə tədbirlərinin nəticələri və neftin ucuzlaşması səbəbindən bu 7 ölkənin banklarının iqtisadi təzyiq altında olması ilə əlaqələndirib.

“Banklara təzyiq dərəcəsi iqtisadi tənəzzülün miqyasından və müddətindən, milli iqtisadiyyat və xarici maliyyələşmə üçün konkret risklərdən (məsələn, neftin ucuzlaşması, turizmdən əldə olunan gəlirlərin və ya pul köçürmələrinin azalması), yerli hökumət orqanlarının həyata keçirdiyi siyasi tədbirlərdən və ayrı-ayrı bankların biznes profillərindən asılı olacaq”, – deyə agentliyin məlumatında bildirilir.

Regionda korporativ aktivlərin keyfiyyəti iqtisadi aktivliyin azalması və kreditlərin dollarlaşmasının yüksək səviyyədə olması səbəbindən aşağı düşəcək, çünki valyuta məzənnələri təzyiq altında qalır. Bu, bəzi bazarlarda, xüsusilə Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda ənənəvi problemləri daha da kəskinləşdirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər