“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunda “təmizlənmə” işlərinin davam etdirildiyini, bank sektorunun həssaslığını qoruduğunu bildirib.
Bu barədə Agentliyin Azərbaycanın reytinq qiymətləndirilməsi ilə bağlı hazırladığı son hesabatında məlumat verilir.
Sənəddə qeyd olunub ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) borcları restrukturizasiya edilib və Bankın kapital mövqeyi ilə aktivlərinin keyfiyyəti bərpa olunub. Növbəti addımlar ABB-nin açıq valyuta mövqeyinin azaldılması və Bankın özəlləşdirilməsi ilə bağlı olacaq.
“Fitch” son iki ildə kəskin şəkildə azalan bank kreditləşməsinin 2018-ci ildə artımının bərpa olunacağını proqnozlaşdırır.