10 C
Baku
Thursday, December 12, 2024

Fitch: “Expressbank”ın öhdəliklərinin 24%-i “Azərenerji”nin əlində cəmlənib

“Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “B” səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz “stabil”dir.

Məlumatda bildirilir ki, reytinqin “B” səviyyəsində təsdiq olunması bankın aktivlərinin keyfiyyətinin stabilləşdiyini, kapital dayanıqlılığının möhkəm, likvidliyin isə kifayət qədər olduğunu əks etdirir. “2018-ci ili ilk rübünü sonuna bankda vaxtı keçmiş kreditlərin həcmi ümumi portfelin 3 faizi səviyyəsində olub. Demək olar ki, 2017-ci ildən bəri bu rəqəm dəyişməyib. Problemli kreditlərin böyük hissəsini kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün verilən kreditləri təşkil edir. Bu kreditlərin kredit portfelində ümumi çəkisi 9 faizə bərabərdir,” – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri bildirir ki, bank müştərilərin hesablarından maliyyələşir: “2017-ci ilin sonuna öhdəliklərin 88 faizi müştəri hesabları ilə bağlı olub ki, bunun da 61 faizi fiziki şəxslərə məxsusdur. Bankda korporativ hesabların böyük hissəsi dövlətə məxsus bir enerji şirkətinin əlində cəmlənib. Şirkətin bankdakı hesabı bütün öhdəliklərin 24 faizinə bərabərdir. Bununla yanaşı, şirkətin bankdakı vəsaitinin həcmi açıqlanmır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər