-1 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: Hökumət “PAŞA Bank”a zəruri dəstək göstərəcək

“Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nın uzunmüddətli defolt emitenti reytinqini “BB-” səviyyəsində təsdiq edib.

Agentlik xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

“Fitch” bildirir ki, ehtiyac olduğu halda, hökumət banka dəstək göstərəcək. Məlumatda qeyd edilib ki, “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank” və “Kapital Bank” sistem əhəmiyyətli banklardır: “2015-ci ilin sonuna hər iki bankın depozit porfelinin bazarda payı 14,1% (“PAŞA Bank” 8,1%, “Kapital Bank” 6%), kredit portfeli isə 8,8% (“PAŞA Bank” 3,2%, “Kapital Bank” 5,6%) təşkil edib. Bu isə onların Beynəlxalq Bankdan sonra ən böyük banklar olduğunu göstərir”.

 
APA-Economics

Son xəbərlər
Digər xəbərlər