13 C
Baku
Wednesday, May 8, 2024

Fitch: Manat məzənnəsinin sabit saxlanması üçün hələ də güclü siyasi prioritet var

Azərbaycan hökumətinin ortamüddətli perspektivdə daha çox çevikliyə icazə vermək məqsədini bəyan etməsinə baxmayaraq, ABŞ dolları/Manat məzənnəsinin sabit saxlanması üçün hələ də güclü siyasi prioritet var.

Bu barədə beynəlxalq kredit reytinq agentliyi olan “Fitch Ratings”dən bildirilib.

“Fitch” həmçinin, zəif siyasət çərçivəsi olaraq qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir, valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün alətlər tətbiq edir.

“Pul siyasəti – inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır”- agentliyin açıqlamasında əlavə edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər