25 C
Baku
Saturday, July 27, 2024

“Fitch” nəhəng avtomobil istehsalçısının kredit reytinqini endirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Jaguar Land Rover Automotive PLC” avtomobil istehsalçısının emitentin uzunmüddətli defolt reytinqini “B+”dan “B” səviyyəsinə endirib, reytinq üzrə proqnozunu isə mənfi olaraq təsdiqləyib.

Kredit reytinqinin aşağı salınması avtomobil istehsalçısının gözlənilən satışlarının kəskin azalması və aprelin 20-dək olan izolyasiya müddətinin may ayının ortalarınadək uzadılmasını əks etdirir.

“Fitch”ə görə, 2021-ci fiskal ilində “Jaguar Land Rover Automotive PLC”nin gəliri 15% azalacaq, 2022-ci fiskal ilində isə kapital qoyuluşları 28,6% artacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər