11 C
Baku
Wednesday, December 11, 2024

“Fitch Ratings” “Bank Technique”in uzunmüddətli reytinqini iki pillə yüksəldib

Bank Technique bir il bundan öncə həyata keçirdiyi rebrendiqindən sonra uğurlarını artırmaqda davam edir. Bu günlərdə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” problemli kreditlərin bərpasında əhəmiyyətli inkişafa və özünün kapital bazasını yaxşılaşdırmaqla likvidliyini artırmağa nail olmuş “Bank Technique”in uzunmüddətli reytinqini “Stabil” proqnozla iki pillə, “CC”-dən “B-“ səviyyəsinə qədər yüksəldib.

Bundan əlavə “Bank Technique” daha bir uğura imza atıb. Londonda nəşr olunan nüfuzlu “International Finance Magazine” tərəfindən Bank Azərbaycanda “2013-cü ilin ən yaxşı internet bankı” (Best Internet Bank Azerbaijan 2013) və “2013-cü ilin ən innovativ bankı” (Most Innovative Bank Azerbaijan 2013) nominasiyalarında qalib adına layiq görülüb.
Jurnal tərəfindən təsis edilən “Financial Awards” (Maliyyə üzrə mükafatlar) qalibləri beynəlxalq reytinq agentliklərinin məlumatları əsasında redaksiya heyətinin qərarı ilə müəyyən edilib.

Mükafatın təqdimetmə mərasimi dekabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. “Seçiminizə görə təşəkkürümüzü bildiririk və gələcəkdə də işimizdə innovasiyaları tətbiq edən Azərbaycanın ən qabaqcıl bank imicini qoruyub saxlamağa çalışacağıq. Biz daim xidmətlərimizin təkmilləşdirilməsi istiqamətində işləyir və öz təcrübəmizlə bölüşməyə hazırıq”, – mükafatın təqdimetmə mərasimində «Bank Technique»in Müşahidə Şurasının üzvü Rauf Ağayev deyib.

Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtında yerləşən jurnal beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrdən biri hesab edilir. Auditoriyası 150-dən artıq ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər. Nəşr tərəfindən təsis edilmiş “Financial Awards” mükafatı yüksək məhsuldarlıq və keyfiyyət nişanı kimi bank sahəsində də yüksək qiymətləndirilir. Maliyyə göstəriciləri ilə yanaşı qaliblərin müəyyən edilməsi zamanı korporativ sosial məsuliyyət layihələri, o cümlədən, xeyriyyəçilik, korporativ idarəetmənin yaxşılaşdırılması və qlobal miqyasda maliyyə birliyinə təsir göstərən digər amillər də nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər