22 C
Baku
Saturday, April 20, 2024

Fitch Ratings Türkiyənin kredit reytinqini aşağı endirdi

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Türkiyənin kredit reytinqini B+-dan B-yə endirib və proqnozunu “mənfi” olaraq təsdiqləyib.

«Fitch Ratings» in qiymətləndirməsində kredit reytinqinin aşağı salınması ilə bağlı aşağıdakı bəyanatlar yer alıb:

Agentlik bildirir ki, Türkiyənin siyasəti son vaxtlar daha qeyri-müəyyən və proqnozlaşdırıla bilməyəndir. Bu siyasət inflyasiyanın spiralvari artımına səbəb olur və ölkəyə kapital gəlişinə mane olur.

«Geri indeksləşdirmənin artması, lirənin əlavə dəyər itirməsi və məzənnənin həm sürət, həm də ölçüdə keçid artımı riskləri səbəbindən trayektoriya olduqca qeyri-müəyyən olaraq qalır».

«Fitch» hesab edir ki, «sürətli kredit artımı tempini yavaşlatmaq üçün seçmə makroprudensial siyasətlər makroiqtisadi və maliyyə sabitliyi üçün riskləri azaltmır».

«Fitch» Türkiyə Mərkəzi Bankına (TCMB) da iradlarını bildirib. Agentlik bildirir ki, TCMB sürətlə artan inflyasiya, Ukraynadakı müharibənin əmtəə bazarlarına təsiri və əksər inkişaf etmiş ölkələrin sərtləşən pul siyasətinə baxmayaraq, 2021-ci ilin dekabrından bəri uçot dərəcəsini 14 faiz səviyyəsində saxlayıb.

Təşkilat, Türkiyədə illik inflyasiyanın 2022-ci ildə orta hesabla 71,4 faizə yüksələcəyini, 2023-cü ildə isə bu nisbətin yüzdə 57-yə düşəcəyini gözlədiklərini açıqlayıb.

Qeyd edək ki, Fitch 2022-ci ilin fevralında da Türkiyənin kredit reytinqini aşağı salmış – BB-dən B+-a endirmiş və və proqnozunu «mənfi» olaraq təsdiqləmişdi.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər