5 C
Baku
Saturday, December 14, 2024

“Fitch”: Rusiyanın neft ehtiyatları ölkəyə 28 il bəs edəcək

2020-ci ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, Rusiyanın təsdiq olunmuş neft ehtiyatları ölkəyə hələ 28 ilə yaxın bəs edəcək.

B, bu proqnoz “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin və Böyük Britaniyanın BP şirkətinin məlumatları əsasında verilib.


Bu göstəriciyə görə, Rusiya digər OPEC ölkələri olan Səudiyyə Ərəbistanı (73,6 il), BƏƏ (73,1 il), İraq (96,3 il) və Küveytdən (103,2 il) geri qalır.

Qeyd edək ki, hesablamalara görə, OPEC ölkələrinin ümumi neft ehtiyatları isə 106,8 ilə bəs edəcək.

Bundan əvvəl, “Fitch Ratings” və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olmuşdu ki, 2020-ci ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə 25 ilə yaxın bəs edəcək. Bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşmışdı. Bundan başqa, “Fitch” təkcə SOCAR-ın təsdiq olunmuş neft ehtiyatlarını 12 ilə bəs edəcək səviyyəsində qiymətləndirmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər