9 C
Baku
Friday, December 13, 2024

“Fitch” Türkiyənin kredit reytinqini təsdiqlədi

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz isə “stabil” səviyyəsində qalıb.

“Fitch” Türkiyənin uzunmüddətli yerli valyutada kredit reytinqini isə “BBB-” səviyyəsində saxlanılıb.

Türkiyənin qısamüddətli xarici valyutada kredit reytinqi yenidən “B”, yerli valyutada isə “F3” səviyyəsində təsdiqlənib.

“Fitch”in məlumatında qeyd olunur ki, Türkiyənin kredit reytinqi yüksək səviyyədə xarici maliyyə təsirinə həssaslıq, müəyyən siyasi və geopolitik risklər, yüksək inflyasiya və makroiqtisadi volatillik fonunda aşağı dövlət borcu və güclü iqtisadi artım ilə balanslaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər