15 C
Baku
Monday, May 6, 2024

Fiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı maliyyə sanksiyası gözləyir?

“İcarə haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

İcarə əməliyyatının bütün şərtləri məhz icarə müqaviləsi ilə tənzimlənir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı –ekspert Vüqar Mirheydərovun sözlərinə görə, vergi orqanında vergiödəyicisi kimi uçotda olmayan fiziki şəxs mülkiyyətində olduğu qeyri-yaşayış sahəsini fərdi sahibkara və ya hüquqi şəxsə icarəyə verdiyi halda icarə müqaviləsinin bağlanmaması nəticəsində hər iki tərəf risklərlə üzləşə bilər: ” Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Digər tərəfdən, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, aydın olur ki, icarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət həmin gəliri ödəyən şəxsin – icarəçinin üzərinə düşür”.

Ekspert bildirib ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergiödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergiödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmçinin icarə müqaviləsi olmadan vergiödəyicisi öz təsərrüfat subyektini (obyektini) vergi orqanında uçota ala bilməyəcək və buna görə də Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər sanksiya ilə üzləşə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər