“Rabitabank”ASC Vəzifə: Fiziki Şəxslərə Xidmət şöbəsinin rəisi
İşin təsviri:
- Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;
- Fiziki şəxslərə, o cümlədən VİP müştərilərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və müştəriləri banka cəlb etmək;
- VİP müştəri olan fiziki şəxslərə bütün növ bank məhsulu və xidmətlərinin bankdaxili qaydalara müvafiq olaraq satışını təmin etmək;
- Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını nəzarət etmək;
- Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir)
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
- Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
Davranış səriştələri;
- Rəhbərlik və idarəetmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Analitik düşüncəyə malik olmalı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Yaradıcı və təşəbbüskar olmalı;
- Komandada işləmək bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33