13 C
Baku
Tuesday, May 7, 2024

Fond rəhbəri Fəxri Kazımov və onun müavininə 209.5 min manat əməkhaqqı ödənilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun İdarə Heyətinə əməkaqqı və bununla bağlı ödənişlər ötən il azaldılıb.

Banker.az xəbər verir ki, bu barədə İKZF-in 2022-ci il üzrə illik audit hesabatında bildirilir. Audit hesabatını “Baker Tilly” audit şirkəti aparıb.

Belə ki, 2022-ci ildə Fondun rəhbər işçilərin əmək haqqı və əmək haqqına bərabər tutulan ödənişlər 209 466 manat təşkil edir. Bu 2021-ci ildən 28 450 manat və ya 12% azdır. 2021-ci ildə bu xərclər 237 916 manat idi.

Qeyd edək ki, Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Himayəçilik Şurası, Fondun fəaliyyətinə cari rəhbərliyi icra orqanı olan İdarə Heyəti vasitəsilə həyata keçirir. İdarə Heyəti iki şəxsdən ibarətdir.

Fəxri Xanhüseyn oğlu Kazımov İdarə Heyətinin sədri və Ramil Şakir oğlu Tahirov isə sədrinin müavinidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər