16 C
Baku
Thursday, April 25, 2024

Fonda edilən ianə 100 milyonu ötdü

Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 109 198 984 manat ianə edilib.

İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 2452 hüquqi, 7144 fiziki şəxs ianə köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər