14 C
Baku
Thursday, March 28, 2024

Forbes ABŞ-ın ən varlı ailələrinin reytinqini açıqladı

Amerikanın Forbes jurnalı ABŞ-ın ən varlı ailələrinin və ailə başçılarının reytinqini təşkil etdi. Siyahıya 2014-cü ildən bəri liderliyini qoruyan Uolton ailəsi başçılıq edir. Nəşrin qiymətləndirməsinə əsasən, dünyaca məşhur və nəhəng Wal-Mart riteylerinin yaradıcıları olan Ceyms və Sem Uoltonun 7 varisinin ümumi sərvəti 130 milyard dollar təşkil edir. Bir il əvvəl isə Forbes sözügedən bu ailənin sərvətini 149 milyard dollar olaraq qiymətləndirmişdi.

Ailənin sahib olduğu göstəricinin enməsi, əsas olaraq Sem Uoltonun 2005-ci ildə təyyarə qəzasında dünyasını dəyişən oğlu Conun xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumat yayıldıqdan sonra enmişdir. 2015-ci ildə Bloomberg agentliyinin verdiyi məlumata görə, Con Uolton hələ sağ olarkən öz sərvətinin yarısını xeyriyyə fonduna, üçdə bir hissəsini isə oğlu Lukasa bağışlamışdır.

Bu zaman qədər isə belə hesab edilirdi ki, Uoltonun sərvətinin böyük hissəsini onun boşandığı həyat yoldaşı Kristi əldə edib. Bundan sonra isə, Forbes Kristi Uolton-un sərvətini qiymətləndirdi. 2015-ci ildə onun ssahib olduğu sərvət 41,7 milyard dollar olaraq qiymətləndirilirdisə, 2016-cı ilin mart ayında Forbes bu göstəricini 5,2 milyard dollara qədər endirdi.

Dünyanın ən varlı sülalələri reytinqində ikinci pilləyə sahibliyi isə Koch ailəsi qoruyub saxlayıb. Çarlz və David Koch qardaşları ABŞ-da ikinci ən böyük özəl şirkət olan Koch Industries şirkətinə rəhbərik edirlər. Bununla yanaşı, 2 əlavə qardaş ilə birlikdə Koch qardaşları Forbes qiymətləndirməsinə görə 82 milyard dollar sərvətə sahibdirlər (2015-ci ildə 86 milyard dollar).

Reytinqin ilk üçlüyünü isə M&Ms və Snickers istehsalçıları olan Mars ailəsi tamamlayır. Mars Inc. yaradıcısı olan Franklin Klarens Mars-ın nəvələri Jaklin, Con və Forrest Mars ümumilikdə 78 milyard dollara (2015-ci ildə 80 milyard dollar) sahibdirlər.

Amerikanın ən varlı ailələrinin üzvlərinin ümumi sərvəti bir il ərzində milyardlarla dollar azalmışdır. Yalnız 10 sülalə öz sərvətini artırmağa nail olmuşdur. Reytinqdə iştirak üçün isə limit hədd 10,7 milyard dollar təşkil edib.

Bu il üçün təşkil edilən reytinqdə bir ailə ilk dəfə olaraq Forbes reytinqində yer alıb və bu Goldman ailəsidir. Ailənin sərvəti 13,7 milyard dollar həcmində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər