16 C
Baku
Saturday, April 27, 2024

Forbes: dünyanın ən varlı 7 qadın yazıçısı

Banker.az xəbər verir ki, Forbes jurnalı kitab və onlar tərəfindən ilhamlandırılan kinofranşizlərin 2016-cı ildə öz yaradıcılarına ən yüksək gəlir gətirdiyi qadın yazıçıların reytinqini nəşr edib. Ümumilikdə reytinq iştirakçıları 90 milyon dollardan çox qazanc əldə edib.
2016-cı ilin nəticələrinə görə dünyanın ən çox qazanclı müəlliflərinin siyahısına 17 nəfər daxil olub ki, onların da 6-sı qadındır.
1. Joanne Rowling
2016-cı il ərzində qazancı: $19 milyon
Joanne Rowling – britaniyalı yazıçı, ssenarist və kinoprodüser daha çox Harry Potter romanlar seriyasının müəllifi kimi məşhurdur. Potter haqqında kitablar bir neçə mükafata layiq görülüb və 400 milyondan çox nüsxədə satılıb.
2. Nora Roberts
2016-cı il ərzində qazancı: $15 milyon
Nora Roberts müasir sevgi və detektiv romanların müəllifidir. Bir əsəri yaratmaq üçün ona cəmi 45 gün tələb olunur və bir kitabı bitirdikdən sonra dərhal digərinə başlayır. Maliyyə uğurlarına baxmayaraq, yazıçı hələ 19 yaşında köçdüyü Merilenddə yerləşən evdə yaşayır. O ikinci həyat yoldaşı ilə kitab mağazası, un məmulatları hazırlanan müəssisə və yaxınlıqda yerləşən Bunsboro şəhərində otel açıb.
3. Danielle Steel
2016-cı il ərzində qazancı: $15 milyon
Danielle Steel bestsellerə çevrilmiş çox saylı romanın müəllifidir. Hazırda onun kitablarının ümumi tirajı 520 milyon nümunədən çoxdur. Onun novellalarının 23-ü ekranlaşdırılıb.
4. Erika Leonard James
2016-cı il ərzində qazancı: $14 milyon
Erika Leonard James – “Bozun əlli çaları” (2011) bestsellerinin müəllifi, ingilis yazıçıdır. James-in əsərlərinin motivi əsasında ilk iki film dünya üzrə demək olar ki, 1 milyard dollar toplayıb.
5. Paula Hawkins
2016-cı il ərzində qazancı: $10 milyon
Paula Hawkins – “Qatardakı qız” (2015) romanı nəşr edildikdən sonra böyük populyarlıq qazanmış britaniyalı yazıçıdır. Əsər bestsellerə çevrilir. 2015-ci ilin yanvar ayının ortalarında nəşr edilib. Mart ayının əvvəlində artıq romanın 1 milyondan çox nümunəsi satılmışdı. Aprel ayında isə artıq yarım milyon nüsxə satılır.
6. Veronica Roth
2016-cı il ərzində qazancı: $10 milyon
Veronica Roth – antiutopiya və fantastika tərzində yazan müasir yazıçı, “Divergent” kitablar seriyasının müəllifidir. Seriyadan olan 3 kitab eyni adla ekranlaşdırılıb.

7. Rachel Russell
2016-cı il ərzində qazancı: $8,5 milyon
Rachel Russell – “Nikki gündəlikləri”-nin müəllifidir. 11 hissədən ibarət olan ilk seriya 2009-cu ildə çıxır. Yapon komikslərini xatırladan illüstrasiyaları o zaman Rachel özü edirdi. İndi bu işə cavabdeh onun qız Nikkidir. Yazıçının ikinci qızı Erin də həmçinin populyars eriya üzərində işləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər