ABŞ-ın avtomobil şirkəti “Ford” Braziliyada minik avtomobili istehsalı zavodlarını bağlayır.
Bu barədə şirkətin ölkədə olan nümayəndəliyinin saytında bildirilib.
Bildirilib ki, bunlar çox çətin qərarlardır, lakin sağlam və davamlı bir iş qurmaq üçün zəruridir:
“Braziliyada istehsalın dayandırılması ilə biz iş modelini daha çevik və rasional bir modelə dəyişdiririk”.
“Ford” hazırlama mərkəzi və sınaq poliqonu, həmçinin qərargahı Braziliyada fəaliyyət göstərməyə davam edəcəkdir.