3 C
Baku
Şənbə, Yanvar 29, 2022

“Ford” elektromobillərin istehsalına rekord $7 mlrd. sərmayə qoyur

Amerikanın avtomobil istehsalçısı “Ford” Cənubi Koreyanın “SK Innovation” şirkəti ilə birlikdə ABŞ-da elektromobillər üçün batareya istehsalı zavodlarının inşasına 11.4 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, sərmayənin böyük hissəsini “Ford” qoyacaq (7 milyard dollar). Şirkət bunun ən böyük birdəfəlik investisiyanın olduğunu qeyd edir.

Tennesi ştatında inşa ediləcək zavod “F” seriyalı pikaplar üçün akkumulyatorlar, Kentukki zavodu isə “Ford” və “Lincoln” markaların digər avtomobil modelləri üçün batareyalar istehsal edəcək. Yeni nəsil elektrikli avtomobillərin istehsalına 2025-ci ildə başlanılacaq. Şirkətlər bu sərmayə vasitəsilə ABŞ-da 10 800 iş yeri açmağı planlaşdırır.

Xatırladaq ki, daha əvvəl “Ford” və “Tesla” “F-150” və “Cybertruck” elektrik pikaplarını təqdim etmişdi. Sentyabr ayında isə satışa elektrik yük maşınını çıxaran ilk şirkət “Rivian” olmuşdu.

Son xəbərlər
Oxşar xəbərlər