ABŞ-ın iki böyük avtomobil istehsalçısı “Ford” və “General Motors”, yeni növ koronavirus epidemiyasına qarşı görüləcək tədbirlər səbəbiylə Şimali Amerikadakı istehsallarını dayandıracaqlarını açıqladılar.
Banker.az xəbər verir ki, Ford tərəfindən edilən şərhdə, şirkətin ABŞ, Kanada və Meksikadakı zavodlarında aparılacaq təmizlik və sterilizasiya işlərinə görə istehsal martın 30-dək dayandırılacaq.
Xatırladaq ki, İspaniyanın Valensiya şəhərindəki Ford müəssisəsində üç işçiyə Kovid-19 diaqnozu qoyulduğuna görə istehsalın bazar ertəsi günündən etibarən və həmçinin şirkətin Almaniyanın Köln və Almaniyanın Craiova (Rumıniya) şəhərindəki zavodlarında müvəqqəti dayandırılıb.
“General Motors” tərəfindən edilən açıqlamada, şirkətin Şimali Amerikadakı istehsal fəaliyyətlərinin martın 30-dək dayandırılacağı bildirildi.
Onu da qeyd edək ki, “Fiat Chrysler” dünən işçilər üçün təhlükəsiz bir mühit təmin etmək üçün şirkətin ABŞ-dakı müəssisələrində və istehsalsalda dəyişikliklərin ediləcəyini açıqladı.