6 C
Baku
Saturday, December 14, 2024

Foreks bazarında necə uğur qazanmaq olar?

Foreks bazarında uğur qazanmaq üçün bu biznesin bəzi incəliklərini mənimsəmək gərəkdir. Bu bazarda bir çox treyder şəxsi vəsaitlərini itiriblər, lakin daha sonra onların bu təcrübəsi müsbət nəticələr ilə sonlanıb.

Hal-hazırda foreks bazarında ticarətə sıfırdan başlayanların demo hesablar mexanizmindən istifadə etmələri məsləhət görülür. Bu mexanizmin sayəsində siz şərti pullar ilə işləyərək təcrübə qazanacaqsınız və heç nə itirməyəcəyinizə zəmanət verilir.

Daha sonra isə həqiqi sövdələşmələrə keçmək olar.

Bunun üçün dilinq mərkəzdə hesab açmaq lazımdır. Burada hər bir treyder depozitli olmayan bonus əldə edir. Yəni ticarət edə biləcəyiniz, lakin əlinizə ala bilməyəcəyiniz həqiqi pullar. Bonuslar faiz və mini hesablar üzrə verilir. Peşəkar hesabla işləmək üçün öz şəxsi vəsaitlərinizi yatırmalısınız.

Öz yatırımlarınızla risk etmək istəmirsinizsə, yeni müştərilərin cəlb edilməsinə həsr olunan tərəfdaş proqramından yararlana bilərsiniz. Bu proqrama cəlb etdiyiniz hər bir yeni müştəri üçün pul mükafatı alacaqsınız.

Digər bir variantdan da istifadə edə bilərsiniz. Məsələn, pulsuz müsabiqələrdə və turnirlərdə iştirak etmək variantı. Qeyd edək ki, siz adi demo hesablardan istifadə edərək mükafatı həqiqi pullarla ala bilərsiniz.

Həmçinin əgər siz etibarlı idarəçi ola bilərsinizsə, o zaman pul qazanmaq imkanı əldə edəcəksiniz. Əgər siz şanslı və səriştəli olduğunuzdan əminsinizsə, başqalarının pulları ilə ticarət edə bilərsiniz. Bu bazarda böyük təcrübəsi olan treyderlər, adətən, bu cür pul qazanırlar.

Əməkdaşlığa başlamamışdan əvvəl müqavilə bağlayın. Bu müqavilədə mümkün olan bütün uğurlu və uğursuz ticarət variantları əks olunmalıdır. Müştəri idarə olunan hesab açır və bu hesabdakı vəsaitlər idarəçi tərəfindən istifadə olunur. Müştəri üçün belə bir sxemin mənfi cəhəti öz şəxsi təcrübəsini əldə etmək imkanı olamamasındadır.

Uğurlu treyder olmaq üçün siz özünüz ticarətin əsaslarını öyrənməlisiniz. İlk növbədə demo hesabdan istifadə edə, sonra foreks-bonusdan, daha sonra isə kiçik bəhslər edərək şəxsi vəsaitlərinizə yatıra bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər