1 C
Baku
Saturday, December 14, 2024

Foreks bazarında texniki ticari indikatorlar

Foreks bankının indekatorları valyuta qiymətlərinin, digər ticari alətlərin və yaxud ticarət həcmlərinin tənzimlənməsi üsullarıdır. Onlar maliyyə alətinə növbəti qiymət dəyişilikləri və yaxud onun hərəkət trendini müəyyən etmək üçün istifadə olunurlar. Bazara daxil olmaq və ya oradan çıxmaq, valyuta mövqeyini bağlamaq haqqında qərarlar adətən texniki indikatorların əsasında qəbul edilirlər.

Foreksin texniki indikatorlarının tənzimləmə xüsusiyyətləri onları iki kateoriyaya ayırmağa icazə verirlər: foreks tendensiyalarının osilatörleri və indikatorları. Osilatörler bazarın dəyişmə tendensiyalarının istiqamətini təyin etməyə imkan yaradırlar. İndikatorlar isə qiymətlərin eyni istiqamətdə hərəkət etməsini və dəyişməsini müəyyən etməyə kömək edirlər.

İndikatorlar maliyyə bazarının avtomatik təhlili üçün istifadə olunurlar. Onlar treyderin istifadə etdiyi proqramda nəzərə alınmalıdırlar. Proqram texniki indikatorlar əsasında təhlili üçün lazım olan qrafiklər və fiqurlar düzəldir.

Foreks bazarında optimal ticari modelləri və strategiyalar düzəltməyə imkan yaradan yüzlərlə alət var. Foreks brokerlərinin reytinqini diqqətlə incələsək, reytinqin yuxarısında öz alətlərini düzəldən və inkişaf etdirən treyderləri görəcəyik.

Foreksin texniki indikatorları birbaşa ticari və həmçinin treyderin bazarda işini asanlaşdıran faydalı indikatorlar ola bilərlər. Məsələn, Candle Countdown treyderə şamın bağlanılmasına nə qədər vaxt qaldığını xatırladır.

Təhlilin texniki ticari alətləri ilə uğurlu işləmək üçün daim bir alətlə işləməyin mümkün olmadığını, alətləri kompleks şəkildə nəzərdən keçirməyin faydalı olacağını nəzərə almaq lazımdır. Foreks bazarında ticarətin məhsuldar strategiyası üçün işdə daim on alətdən çox istifadə etmək lazımdır.

Digər tərəfdən isə ticari indikatorların çox olması treyderi çaşdıra bilər və yaxud strategiyənin düzəldilməsini çətinləşdirə bilər. Buna görə, lazım olan məlumatları əldə etməyə imkan yaradan və özünüzü artıq məlumatla yükləməmək üçün hər zaman optimal mütənasib götürmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər