8 C
Baku
Thursday, December 12, 2024

FOREX haqqında ilkin anlayış

FOREX (Foreign Exchange Market) – qlobal valyuta mübadiləsidir.

FOREX müəyyən bir ticarət nöqtəsinə malik deyil. Bu özündə telekommunikasiya dilerlərini birləşdirən nəhəng şəbəkədir. Bu şəbəkə dünyanın aparıcı maliyyə mərkəzlərinə istiqamətlənib və 24 saat vahid mexanizm kimi işləyir. Bu valyuta bazarının əsas iştirakçıları kommersiya bankları, valyuta birjaları, mərkəzi banklar, şirkətlər, investisiya fondları, broker şirkətlər, fiziki şəxslər və s.dir. Hazırda FOREX bazarında əsas əməliyyatlar ABŞ dolları (USD), avro (EUR), yapon yeni (JPY), İsveçrə frankı (CNF) və İngiltərə funt sterlinqi (GBP) ilə həyata keçirilir. Gün ərzində dünya üzrə həyata keçirilən konvertasiya əməliyyatlarının ümumi həcmi təqribən 2 trilyon ABŞ dolları təşkil edir.

London bazarının payına dövriyyədən 30%, ABŞ bazarının payına 20%, Almaniya bazarının payına isə 10% düşür. ABŞ dolları ilə həyata keçirilən əməliyyatlar 70% təşkil edir. Elektron brokerlərin payına isə FOREX bazarındakı dövriyyədən 15% düşür. Nisbətən böyük beynəlxalq bankların DeutscheBank, Barclays Bank, Union Bank of Switzerland, CityBank, Chase Manhattan Bank, Standard Chartered Bank) həyata keçirdiyi əməliyyatların gündəlik həcmi  milyard dollarlara çatır.

Beynəlxalq bankların ticarətində müqavilələrin tipik həcmi 10 milyard dollar təşkil edir. Lakin marja ticarəti sistemi sayəsində bazara çıxış kiçik kapitala sahib şəxslər üçün də əlçatan olur. Marja ticarəti xidməti təqdim edən brokerlər girov olaraq depozit yatırılmasını tələb edir və müştəriyə yatırdığı məbləğdən 100 dəfə artıq məbləğlə alış-satış əməliyyatları yerinə yetirmək imkanı yaradır.

Beynəlxalq valyuta bazarı çoxəsrlik köklərə sahibdirlər. O öz başlanğıcını hələ bizim eradan əvvəl mininci ildən götürür. Bu zaman Misirdə ilk metal pullar yaranmağa başlamışdı.

Bu gün ki anlayışla ilk valyuta mübadilələri orta əsrlərdə yaranmağa başlayıb. Bu beynəlxalq ticarətin və dənizçiliyin inkişafı ilə əlaqədar idi. Dövlətlərarası münasibətlərin inkişafı ilə valyuta mübadiləsi bazarlarında əməliyyatların növləri tədricən dəyişməyə başladı. Valyuta bazarında əhəmiyyətli dəyişikliklər XX əsrdə baş verdi. Bazarda müasir xüsusiyyətlər isə 70-ci əsrin 20-ci illərində peyda olur.

Son xəbərlər
Digər xəbərlər