2 C
Baku
Saturday, December 14, 2024

Forex üzrə mütəxəssis / baş mütəxəssis (Rabitabank)

İşçinin vəzifəsi:

• Bankın Forex üzrə məhsul və xidmətlərinin təşkili və aparılması;
• Potensial müştərilərin axtarışı və cəlb olunması;
• Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
• Call centre-ın Forex ile bağlı işin təşkili və nəzarəti;
• Forex barədə müştərilərə təlimlərin təşkili və aparılması;
• Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxılması və həll olunması;
• Bankın Forex siyasətinə uyğun marketinq araşdırmalarının aparılması və araşdırmalar əsasında biznes planın hazırlanması;
• Marketinq departamenti ilə birlikdə Forex məhsullara aid reklam aksiyalarının təşkili və buna aid olan digər fəaliyyətlərin həyata keçirilməsi; (Reklam vasitələrinin dizaynı üzrə təkliflərin verilməsi, interaktiv marketinq, qizli marketinq, açıq marketinq və s.)
• Reklam aksiyalarının təhlil edilməsi və onların səmərəliliyi və nəticələri haqqında hesabatların hazırlanması;
• Bankın Forex məhsullarının inkişafina dair təkliflərin verilməsi və s.
• Satışın rüblük / illik planının tərtib edilməsi və satış statistikasının təhlili

Tələblər:

• Təhsil : Ali
• İş stajı : müvafiq sahədə ən azı 3 il
• Dil biliyi : Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir
• Kompüter biliyi: MS Office (peşəkar səviyyədə)
• Yüksəl analitik qabiliyyətli
• Yüksək ünsiyyət və təqdim edtmə bacarıqları
• Satışın psixologiyası və prinsiplərin yaxşı bilməsi
• Məqsədəyönümlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olması

Qeyd: Kişi namizədlərə üstünlük veilir.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail : [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər