15 C
Baku
Friday, March 29, 2024

“Formula 1”: 2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi

2021-ci ildə keçiriləcək “Formula 1” üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub.

“Soymotor” nəşrin verdiyi məlumatına görə, siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 – 25 apreldə təşkili nəzərdə tutulub.

“Formula 1″in kommersiya hüquqlarına sahib olan “Liberty Media” yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.

Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.

Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.

Təxmini təqvim:

14 mart – Bəhreyn
28 mart – Vyetnam
11 aprel – Çin
25 aprel – AZƏRBAYCAN
2 may – Niderland
9 may – İspaniya
23 may – Monako
6 iyun – Kanada
20 iyun – Avstriya
27 iyun – Fransa
11 iyul – Böyük Britaniya
25 iyul – Macarıstan
29 avqust – Belçika
5 sentyabr – İtaliya
19 sentyabr – Rusiya
26 sentyabr – Sinqapur
10 oktyabr – Yaponiya
24 oktyabr – Avstraliya
7 noyabr – ABŞ
14 noyabr – Meksika
28 noyabr – Səudiyyə Ərəbistanı
5 dekabr – BƏƏ

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər