23 C
Baku
Thursday, April 25, 2024

Formula 1-in müddəti uzadıla bilər

Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması ilə bağlı “Fomrula-1” rəhbərliyi ilə danışıqlara başlanılıb.

Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

A.Rəhimov deyib: “Biz Formula 1 ilə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen oldu.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər