26 C
Baku
Saturday, July 27, 2024

“Formula 1” üzrə Azərbaycan Qran-prisi gələn il aprelin sonunda keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2023-cü il üçün “Formula 1”in ilkin təqvimini təsdiq edib.

Təqvimə əsasən, çempionat martın 5-də Bəhreyndə başlayacaq və noyabrın 26-da Əbu-Dabidə başa çatacaq. Cəmi 24 mərhələ planlaşdırılıb.

“Formula 1” üzrə Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində baş tutmuşdu.

Son xəbərlər
Digər xəbərlər