16 C
Baku
Friday, April 19, 2024

Françayzinq – öz biznesinizin təşkil edilməsi tərzi

Bu məqalədə françayzinqin mahiyyətini, tarixi inkişafını, eləcə də onun iştirakçıları üçün nə dərəcədə faydalı olduğunu araşdıracayıq.

Françayzinq biznesin bütün sahələrini əhatə etmir, bunun səbəbi aşağıda izah olunur. Bu məqalədə françayzinq sisteminin uğurlu olması üçün əsas xüsusiyyətlərə, eləcə də françayzinqin son inkişaf təmayüllərinə və gələcək proqnozlara diqqət ayrılır. 

1. Françayzinq nədir

Françayzinq termini müxtəlif işgüzar münasibətləri əhatə edir və adətən lisenziyalaşdırma termini ilə yanaşı çəkilir. Biznesin təşkili edən vasitə olmaqla, françayzinq son 40 il ərzində malların müəyyənləşdirilməsi metodu və biznesin genişləndirilməsi kimi alternativ metodları xüsusiyyətlərinə malikdir.

Françayzinqdə biznesin təşkili üsulu kimi lisenziar (yəni françayzer) lizensiyaçıya (yəni françayzi) öz firma malları və xidmətlərini satmağa izini asanlıqla vermir. Françayzer həmçinin təcrübədən keçmiş işin aparılma üsusulu təqdim etməli, françayzi biznesinin təşkilində texniki və konsultativ yardım göstərməli, eləcə də gələcəkdə onu dəstəkləməlidir. Françayzi françayzerə mütləq şəkildə ilkin ödəniş etməlidir, gələcəkdə mütəmadi ödəmələri yerinə yetirməli və marketinq/reklam üçün rüsum verməlidir. İki tərəfin qarşılıqlı işbirliyinə və öz qüvvələrini uğurlu biznes naminə birləşdirmələrinə baxmayaraq, françayzer və françayzi hüquqi şəkildə müstəqildirlər.

Françayzinqin tarixi inkişafı

Françayzinq razılaşmalara bərabər işgüzar müqavilələr hələ orta əsrlərdə mövcud idi. Müasirlərə bənzər françayzinq təşkilatları ABŞ-da XIX-cu əsrin ikinci yarısında tikiş maşınları istehsal edən Singer Sewing Machine Company şirkəti yaranandan etibarən gəlmək olar. Singer və tikiş maşınları üçün ehtiyat detalları satan, eləcə də cihazların təmirini gerçəkləşdirən şirkətin atelye şəbəkəsi sahibləri arasında olan münasibətlər bu günkü françayzinqə müəyyən bənzərliyi olub: əsasən, atelyelərin üzərində Singer ticarət nişanı təsviri var idi.

İkinci nəsil françayzinqi, eləcə də biznes-format françayzinqi adlanırdı, ABŞ-da 1940-cı illərin sonunda – 1950-ci illərin əvvəllərində yaranıb. 1946-cı ildə bir-neçə françayzerə rast gəlmək olardı, 1960-cı ildə isə onlar artıq 700-dən çox idilər. Bu müddət ərzində adları bu günədək məşhur müəssisələr yarandı: McDonald’s, Holiday Inn, Budget-Rent-a-Car. 1960-cı illərin sonunda ABŞ-da əksilmə müşahidə edildi ki, bu da françayzinqin inkişafına mane oldu. Bu bir çox amerikalı françayzerləri xarici bazarları əldə etmək barədə düşündürdü. Beləliklə, françayzinq ilk dəfə Fransada 1955-ci ildə yarandı, nə vaxt ki, J. Lyons & Co. Ltd. şirkəti Böyük Britaniyada fəaliyyət hüququna malik (master franchise rights) Wimpy franşizu cəld qida amerikan restoran şəbəkəsini əldə etdi. O vaxtdan etibarən françayzinq bütün dünyada məşhur oldu və hal-hazırda inkişaf mərhələsində olaraq 140 ölkədə fəaliyyətdir, bir çoxlarında isı hətta françayzinq təşkilatları da mövcuddur.

Böyük Britaniyada 1970-ci və 1980-ci illər ərəfəsində françayzinq sürətlə inkişaf edib və məşhurlaşıb. Françayzinq inkişafında başlıca təkan bu tip mallar və xidmətlər satışının maliyyə artımı vasitəsilə böyük risklə əlaqəli olmayan yeni yaranan müəssisələr idi. Bundan əlavə, son illərdə hətta çoxdan bəri fəaliyyət göstərən müəssisələr öz bizneslərinin genişləndirilməsi vasitəsi kimi françayzinqə müraciət etməyə başlayıblar.
Françayzinq əsasən xidmət və pərakəndə satış sahələrinə rast gəlsə də, o, həmçinin istehsalçılar tərəfindən də istifadə olunur. Onlar françayzinqdən özləri üçün mallarının yaxşı satılmasını təmin etməkdən ötrü yararlanırlar və topdan satış tacirləri bundan təkcə satış nöqtələri deyil, eləcə də öz mallarını daha qənaətli ambarlardan istifadəni yollandırma üsullarını əldə edirlər. Bundan başqa, çoxdan mövcud olan pərakəndə satış şəbəkələri özlərinin şöbələrini yaratmaqla yanaşı françayzinq vahidlərini strateji məqsədləri kimi istifadə edir. Məqsədlər bu kimi ola bilər:

•    yalnız öz satış nöqtələrindən istifadə edərək daha sürətli templərlə bazarda tanınmaq;
•    mövcud olan ticarət nöqtələri hesabına kapitalın səfərbərliyi;
•    françayziyə çevirilmə hesabına az gəlirili satış nöqtələri göstəricilərinin yaxşılaşdırılması.

wwwhd

Françayzinqin statistik göstəricilərinin əsas mənbəyini Britaniya Françayzinq Assosiasiyasının (British Franchise Association — BFA) 1984-cü ildən bəri maliyyələşdirdiyi NatWestBank hesabatları təşkil edir. Bu hesabatlarda françayzinqin miqyası və inkişaf tempi barədə ətraflı və dəyərli məlumatlar verilir. Digər tərəfdən isə onların çatışmamazlığı ondadır ki, məsələn, ətrafda baş verən hadisələrə ləng reaksiya verirlər, hesabatları tərtib edən respondetlərin əksəriyyəti isə BFA-nın üzvləridir, onlar isə bu təşkilata daxil olmayan müəssilələrdən fərqli olaraq franşiz şəraitində çoxdandan bəri mövcuddurlar.

Bu ticarət hesabatları ilə müqayisədə françayzinqin ümumi sənaye dövretməsi 1984-cü ildən 1990-cı ilədək 0,84 milyarddan 5,2 milyard funt sterlinqədək yüksəlib. Orta illik gəlir bu müddət ərzində 36% təşkil edib. Bununla müqayisədə sonrakı beş il ərzində, yəni 1990 – 1995-ci illərdə iqtisadi aktivliyin azalması fonunda  françayzinq sənaye dövretməsinin orta illk artımı 3%, 1990 – 1991-ci illərdə 8%, 1992 – 1993-cü illərdə isə 11% təşkil edib.

Françayzinq biznesin hansı sahələrində mövcuddur

Françayzinqin başqa ölkələrlə müqayisədə daha geniş yayıldığı ABŞ-da françayzinq biznesi ilə ən az 65 sektor məşğuldur, bunlar da öz növbəsində yarımsiniflərə bölünür. Kateqoriyalara bunlar daxildir: rast gələn cəld qida müəssisələri, maşın icarəsi, çap və surətçırma xidmətləri, otel və motel şəbəkəsi, personal və müvəqqəti işçi seçimi xidməti, eləcə də turistik agentliklər, avtomatlar vasitəsilə satış və ticari personalın təlimi. ABŞ-da françayzinq əczaçılıq, optika, mühasibat və sığorta kimi sahələrdə də istifadə olunur. Böyük Britaniyada BFA üzvləri əlavə 38 aldsektorları daxil olmaqla biznesin 46 sahəsində fəaliyyət göstərirlər. Bu kateqoriyalardan çoxları ABŞ-da isitfadə olunan franşizm ilə üst-üstə düşür, bunlar: bağlamaların göndərilməsi, sürücülük məktəbi, ev sahiblərinə müxtəlif xidmətlərin göstərilməsi, uşaq bağçaları, süd məhsulları çatdırılması.

2. Françayzinqin inkişafı səbəbləri

Françayzinq son qırx ildə dəgr biznes-formatlardan fərqli olaraq daha üstün olaraq inkişaf etdi. Buna səbəb aşağıdakılr idi:

•    o həm françayzerə, həm də françayziyə sərfəlidir;
•    sosial-iqtisadi sahədə əlverişli faktorlar mövcud idi;
•    maraqlı olan üçüncü şəxslərin rolu oldu.

Françayzerin nöqteyi-nəzəri

Françayzer üçün başlıca vadaredici səbəb adətəbkapital çatışmazlığı və ya özünü riskdən qoruyaraq borc almaqdır. Françayzi yeni müəssisəyə ayrılacaq kapital verir, genişlənmə isə firma kapitalının az xərcləri sayəsində gerçəkləşir və kommersiya fəaliyyəti ilə bağlı bəzi risklər firmadan françayziyə keçir. Beləcə şirkətin fərdi inkaşafından daha tez artım imkanı yaranır, bu zaman şəxsi bölmələrdən fərqli olaraq françayzerə daha az əməkdaş tələb olunur. Françayzer tərəfindən yatırılan az sayda kapital qoyuluşu istifadə olunan kapitaldan daha böyük gəlirlər gətirir.

Bundan başqa, françayzinq firmalara ticarət nöqtələri səviyyəsində kiçik müəssisələrə xas olan bəzi xüsusiyətləri əldə etməyə şərait yaradır. Məsələn, yerli şəraitdən məlumatlılıq, daha uzun iş vaxtı, zirəklik. Françayzilər biznesə öz vəsaitlərini yatırtdıqları üçün onlar adətən yüksək dəlilli olurlar, və onların müəssisələri menecerlərin idarə etdiyi digərlərindən daha yaxşı olacaq. Və nəhayət, heç vir vəchlə son növbədə yox, çünki öz işinə sahib olmaq bəzi üstünlüklər verir – yaxşı françayziləri təcrübəli menecerlərdən tapmaq daha asandır. Yüksək səviyyəli menecerləri işə götürməyə imkanı olmayan şirkət françayzinq vasitəsilə personalın problemlərini həll etmək imkanı qazanır.

Françayzi nöqteyi-nəzəri

Kiçik müəssisənin rəhbəri olmaqdansa hər hansı bir şəxs françayzi olmağa ona görə qərar verir ki, çünki onu kiçik və böyük biznesin qazanclı kombinasiyası maraqlandıra bilər.

Baxmayaraq ki, françayzilər özlərinin müstəqilliyini qurban verməlidirlər, bunun müqabilində onlar “imkan və dəstək” qazanırlar, bu da əhəmiyyətli dərəcədə öz biznesinin qurulmasında mövcud olan riski azaldır. Bu ona görə baş verir ki, onlar idarəolunan mühitdə müstəqildirlər, onlara kömək və dəstək verilir, eyni zamanda onlar tanınmış ticarət nişanının, peşəkar idarəetmənin və daha böyük təşkilatın miqyas üstünlüklərindən istifadə edirlər. Və ən nəhayət, françayzilər satılması sərfəli ola biləcək biznesi əldə edirlər.

Françayzinqin əks üzü

Françayzinqin həm françayzerə, həm də françayziyə verdiyi böyük imkanlara baxmayaraq, idarəetmə sistemində bəzi çətinliklər yaranır. Bir tərəfdən, françayzilər yüksək dəlilli, etibarlı və təşəbbüskar işçilərdir, onlar həmçinin biznesə öz kapitalını qoyur, başqa bir yöndən isə, bütün üstünlüklər müəyyən dərəcədə xərclər və çətinliklər nəticəsində puç ola bilər – bu desentralizasiya edilmiş təşkilat şəraitində şirkət haqqında vahid xidmət standartları və dəyişməz olan ictimai fikirlə bağlıdır. Bunun nəticəsində françayzer öz şəxsi şöbələrində olduğu kimi müstəqil şəkildə göstərişlər verə bilmir. Mahiyyətcə franşizm partnyorluqdur, baxmayar ki bərabər deyil, və məhz bu razılaşmanın çətinliyi, həm də konflikt yaranmasına səbəb olurdu, bu isə françayzinq təçkilatlarının ləğv olunmasına gətirib çıxarırdı.

Bundan başqa, françayzerə göstərişlər veməkdən savayı françiyzini inandırmaq lazım olur ki, bu da müşahidəçilərin gəldiyi nəticəyə görə françayzinq firmaları dəyişikliklərə daha az qadirdilər, nəinki birləşmiş şirkətlər.

Françayzerlər üçün ən böyük problem françayzidən başlayaraq bütün tərəflərdəuğurlu idarəetmədir. Françayzi üçün ən başlıca qayğı françayzerin keyfiyyətidir, yəni təcrübədə firmanın nə qədər yaxşı olduğunun yoxlanılması və françayzerin özünün daimi öhdəliklərini françayziyə qarşı nə dərəcədə yaxşı icra etməsini müəyyən edir.

3. Françayzinqin təşkili üçün vacib olan məsələlər

Biznesin françayzinqin təşkili üçün nəzərdə tutduğunu iddia etmək olmaz. Françayzin sistemini yaratmaq üçün bir sıra meyarlar var ki, onları diqqətə almaq lazımdır. Onlar aşağıdakılarıdr:

•    Nəzərdə tutulan mallar və/və ya xidmətlər təcrübədə sınaqdan keçibmi. Bu françayzinin real ola biləcək biznesə vəsait qoymaqda əmin olması üçün vacibdir.
•    Mallar/xidmətlər fərqli xüsusiyyətlərə malikdirlər və onları potensial françayzinin biznes sahəsində ticarət nişanı və ya ticarət markası dəstəkləyir. Bu başqa yol ilə əldə olunması çətin olan françayziyə qiymətli kommersiya aktivini təklif etməyə imkan verir.
•    Françiyzinin françayzerə ötürdüyü sistem prosesləri sadə, qavranılması asan və istismara daxil etməkdə çox vaxt aparmayan olmalıdır. Bu şirkətin dəyişməz imicinin bütün satış nöqtələrində uğurlu tirajının təyin edilməsi üçün vacibdir.
•    Artım  elə olmalıdır ki, həm françayziyə, həm də françayzerə gərəkli olan qazancı və investisiyalardan əldə olunan gəliri təmin etsin.

Növbədə gələn amillər də çox vacibdir:

•    Mütəmadi texniki dəstək və yardımın təmin olunması, eləcə də françayzinq şəbəkəsi biznesinin inkişafı üçün üçün mexanizm yaradılmalıdır.
•    Potensial françayzerin biznes-planına uyğun olan kifayət qədər françayzi sayı olmalıdır.

4. Françayzinq sisteminin xüsusiyyətləri

wwwFrançayzinq sisteminin əsas xüsusiyyətləri bunlardır: nümunəlik layihənin uğurla həyata keçirilməsi, franşizin razılaşması, franşiz əsaslanması, françayzi seçimi və daimi saxlanılması.

Françayzinq sistemləri əslində daha müxtəlif olduqları səbəbindən digər xüsusiyyətlərin aşkara çıxarılması çox dəyərli olar. Həmçinin sistemin ilkin inkişaf mərhələlərində vaxt, kadrlar və digər resurslar kimi əhəmiyyətli xərcləri qeyd etmək lazımdır.

Nümunəlik layihə

Franşizin satışından öndə gələn nümunəlik layihənin həyata keçirilməsi françayzinq sisteminin ən vacib xüsusiyyətlərindən biridir. Hər hansı marketinq eksperimentlərində tədbirin məqsədi bacardıqca nəzərdə tutulan françayzinq sisteminin modelini hazırlamaqdan ibarətdir. Bu gələcəkdə aparılacaq olan iş haqqında təsəvvürü əldə etməyə, problemləri üzə çıxararaq, onların həll olunması yollarını aparmağa, eləcə də françayzinq sisteminin inkişafı ilə məşğuliyyətini dəyərləndirməyə kömək edir. “Aparıcılar” dəyərli məlumatı təqdim etmələrinə baxmayaraq françayzinq sisteminin uğurunu onlarla müəyyən etmək olmur: françayzi bu işə nə dərəcədə uyğundur və etibarlıdır, və françayzerlə françayzinin münasibətləri necə qurulacaq.

Franşizdə sənədlər

Franşizdə iki vacib sənədlərdən biri franşiz haqda təlimat, digəri isə razılaşmadır. Təlimatda françazinin işi aparması haqda göstərişlər verilir. Razılaşma françayzi ilə françayzerin qarşılıqlı rəsmi münasibətləri ətraflı və françayzinin konkret öhdəliklərini təsvir edir. Müqavilədə, məsələn, françayzinin françayzerə ödədiyi üç növ maliyyə ödəmələri göstərilir: françayzi müəssisəsinin təşkili üçün françayzerin xərclərini ödəyən ilkin ödəniş, “inzibati xidmətlərə görə” daimi ödəmə və, nəhayət, marketinq və reklama yönlənən “vergi”. İnzibati xidmətlər geniş miqyasda 5,5%-dən (ictimai qida və mehmanxanalar) 9,6%-dək (nəqliyyat vasitələri xidməti) himayənin və gəlirin həcmindən asılı olaraq dəyişə bilər. Françeyzerlər bununla bərabər və ya bunun əvəzinə françayziyə qiymət artımlı əmtəə malları təchiz edə bilərlər. Bəzi françayzerlər bundan əsas gəlir mənbəyi kimi istifadə edirlər və inzibati xidmətlərə görə az pul alırlar. Orta hesabla françayzerlərin 1996-cı ildə yığdığı müxtəlif daimi ödəmələr françayzinin əmtəədövriyyəsi qiymətləndirməsinə görə 8, 9% təşkil edirdi.

Françayzi seçimi

İlkin françayzilərin seçimi françayzinq sistemin sonrakı uğurlu inkişafı üçün çox vacibidr. Françayzinin təcrübəsiz seçiminin əvəzini ödəmək üçün françayzerə “ideal” françayzinin təsvirini yaratmaq tövsiyyə olunur. Təcrübədə bunu françayzinq sisteminin ilkin icra etmək çətindir, ancaq vaxt keçdikcə françayzerlər təcrübə əldə etdikdən sonra françayzinin hansı keyfiyyətlərə malik olmasını öyrənirlər. Namizədlərin seçiminin harada və necə elan edilməsi və keçirilməsi də çox vacibdir.

Daimi dəstək

Franşizin sonuncu xüsusiyyəti françayzinq sistemi üçün daimi dəstək tipi və həcminin müəyyən olunmasıdır. Dəstəkləmə işin müxtəlif tərəflərini əhatə edə bilər, misal üçün, françayzi üçün təlim proqramı, yeni malların və sistemlərin işlənməsi və franşiz üzrə təlimatın yenilənməsi. Bundan başqa dəstək françayzerin və françayzinin xeyrinə olan bazarın daimi monitorinqini özündə birləşdirir.

5. Françayzer-françayzi münasibətləri

Françayzinqdə başlıca məsələlər françayzerlə-françayzinin münasibətləri ətrafında qurulur, çünki onların əlaqəsindən biznesin uğuru və ya çökməsi asılıdır. Bu münasibətlərin əsası aşağıdakılardır:
•    françayzinin nisbi müstəqilliyi;
•    mübahisəni öncədən müəyyən edən müqavilə şərtləri;
•    françayzinqin rol oynadığı münasibətlərin səviyyəsi və tənzimlənməsi tipi.
Adətən, müqavilə françayzinin müstəqilliyini məhdudlaşdıran əsas faktor kimi qəbul olunur və təbii ki,  mübahisəyə səbəb olur. Təsdiq olunub ki, françayzerin xeyrinə olan müqavilənin təmayülü ona böyük imtiyazlar verir. Misal kimi göstərilir ki, müqavilə françayzinin franşizin təlimatında aparılan müxtəlif dəyişiklikləri öz fəaliyyətində istifadə etməsini tələb edir. Və françayzi franşiz haqda müqaviləni franşiz üzrə təlimatı oxumazdan əvvəl imzalayır.

Müqavilənin əsasında françayzinin müstəqilliyi barədə mühakimə yeritmək olmaz. Formal müstəqillik (müqavilədə göstərilən) və praktiki müstəqillik (qarşılıqlı münasibətlər prosesində yer alan) arasında fərq var. həm françayzilər, həm də françayzerlər öz müstəqilliklərinin bir hissəsini fəda edirlər. Françayzer üçün vacibdir ki, françayzilər razılaşmaya əsasən hərəkət etsinlər, proseslərdə dəyişiklər etsinlən və françayzerin etibarına xələl gətirməsinlər. Tamamilə Bir şirkətə aid olan sistemdə onun əməkdaşı olmayan belə şəxslərdən asılılıq mövcud deyil. Françayzerlə françayzinin bir-birindən asılılığı hər iki tərəfi öz müstəqilliklərinin qarşısında əldə olunan üstünlüklər naminə kompromisə getməyə sövq edir.

Mübahisə və müqavilə

Françayzer-françayzi qarşılıqlı münasibətlərində müqavilə hansısa səviyyədə mübahisə törədir? Bir tərəfdən bir şirkətin daxilində olan şəbəkələrdə mübahisə ola bilər, bu isə təkcə müqavilənin şərtlərindən asılı olmur. Mübahisə həmçinin pozulmuş və ya lazımsız olması önəmli deyil. Bəzi françayzerlər françayzinqin vacib xüsusiyyəti olan daimi dialoqu, eləcə də öz françayzilərinin açıq və ağır mülahizələrini dəstəkləyirlər.

Təcrübədə françayzilərin çoxu öz müqavilələrinin uzadılmasına hazırdırlar və orada dəyişiklər aparmağa tələsmirlər. Həmçinin sübutlar var ki, françayzi müqaviləni imzalamadan əvvəl bəzi şərtləri françayzerlə müzakirə edə bilir. Belə rəy yaranır ki, françayzilər üçün müqavilə dağıdıcı qüvvəyə malik deyil. Bəlkə də bu ona görədir ki, françayzerlər müqavilədə göstərilən təhdidlərən nadir hallarda istifadə edirlər. Əslində müqavilə münasibətlərə o dərəcədə də təsir etmir, çünki təcrübə onu göstərir ki, məsləyin vasitəsilə idarəetmə sistem daxilində əməkdaşlığa gətirib çıxarır. Müstəqil idarəetmə vasitələrindən biri tədris proqramlarıdır. Onlar nüfuzlu, formalaşmış və dərindən düşünülmüş olmalıdır, françayzini françayzerin göstərişlərinə əsasən hərəkət təhrik etməlidir. Lakin bəzi təcrübə göstəricilərin nəticələrinə görə, hər iki tərəfin qüvvələrini göstərməməkdə səbəb öz öhdəliklərini yerinə yetirilərsə və güzəştə gedilərsə, mübahisələri minimuma endirmək mümkündür və nəticə etibarilə uğurlu iş birliyi qurmaq olar.

 

6. Françayzinq sahəsində müasir təmayüllər

İlk növbədə, Avropada və Amerikada bir çox françayzinq sistemlərinin uzun müddətli inkişaf dövrü françayzi sayının artmasına səbəb oldu. Bu həm “komfort səviyyəsinə çatmış” (yəni “həyat tərzi” barədə öz arzularına çatmış), həm də bir neçə ticarət məntəqələrinə sahib françayzilərdir. İkincisi, 1990-cı illəri iqtisadi azalma françayzn ittifaqlarının yaranmasına səbəb oldu. Bundan başqa, o, çətinlikləri və problemləri üzə çıxardı, bunlar əsasən françayzerlərin françayzi seçimi ilə bağlı idi.

“Komfort səviyyəsi”nə çatmış françayzilər

ABŞ göstəricilərinə görə françayzinq sisteminin inkişafı françayzinq bölmələrinin şəbəkə daxilində artmasına səbəb olur. Belə hal Böyük Britaniyada cəld qidasahəsində baş verib. Françayzilər iqtisadiyyatın digər sahələrində də həmin françayzerdən əlavə məntəqələr əldə etməklə inkişafa nail olurlar.

Bununla yanaşı, françayzinq şəbəkəsi daxilində mini-şəbəkəni idarən edən françayzilər səlahiyyət barədə məsələ qaldırırlar. Bu isə bütövlüklə françayzinq təşkilatına mənfi təsir göstərə bilər. Həm də ki, işin effektivliyi minimuma enir. Bunun nəticəsi kimi, françayzerlər bir françayzi üçün məntəqə sayını məhdudlaşdırır. Digər tərəfdən, bir sıra françayzerlər var ki, daxildəki artımda françayzinq bölmələrini qiymətli vasitə kimi qiymətləndirməyi o şərtlə nəzərdən keçirirlər ki, həmin françayzi lazımi səviyyədə işləyir və idarəçilik bacarığına malikdir.

7. Perspektivlər

Bir sıra ziddiyyətli təmayüllər mövcuddur ki, onlar françayzinq sənayesinin gələcək perspektivlərinə təsir göstərə bilər. Onlardan bəziləri françayzinqlə müqayisədə xaricidirlər, digərləri isə daxildən fəaliyyət göstərirlər.

Şübhəsiz, françayzinqin inkişafında başlıca, françayzinqin inkişafını müəyyən edən iki faktorlardan biri iqtisadiyyatda canlanma (və ya beləsinin yoxluğu), digəri isə xidmət sahəsinin artmasının davamıdır ki, françayzinq onun üzərində qurulub. Xidmət sahəsinin artımı uzunmüddətli tendensiyadır. Digər tərəfdən, bu sahələrin bir çoxunda rəqabətin çoxalması əvvəllər öz biznesini qurmaq istəyən yüksək ixtisaslı peşəkarları indi franşizin alınmasını alternativ imkan kimi qəbul etməyə vadar edir. Bu onlara böyük təşkilatın himayəsində, öz bizneslərinin rəhbəri olaraq, işin üstünlüklərindən istifadə etməyə şərait yaradır.

Başqa bir səmərəli zahiri faktor – franşiz satışı vasitəsilə daha çox gəlirli təşilatların öz biznesini inkişaf etdirməsi imkanı yaranır ki, bu da bazara daxil olub öz strategiyalarını həyata keçirmələri üçün bir vasitədir. Onlardan bir çoxları peşəkar və təcrübəli əməkaşlara ehtiyac duyurlar, digərləri isə öz potensial gəlirlərini öz satış bazarından artırmaq niyyətindədirlər.

Son xəbərlər
Digər xəbərlər