Almaniya Federal Məclisi bu gün sosial demokrat Frank-Valter Ştaynmayeri ikinci beşillik müddətə yenidən prezident seçib.
Bu barədə Federal Məclisə sədrlik edən Bundestaqın spikeri Berbel Baş bildirib.
Almaniya Federal Məclisi Almaniya Federativ Respublikasının prezidenti seçmək üçün çağırılan xüsusi konstitusiya orqanıdır. O, Bundestaqın deputatlarından və regional parlamentlər tərəfindən təyin olunan Almaniyanın regionlarının nümayəndələrindən ibarətdir.