13 C
Baku
Saturday, April 27, 2024

Frankfurt aeroportunda 170-dən çox reys ləğv olunub

Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt aeroportunun işi buzlanma səbəbindən pozulub.

Bazar ertəsi günü səhər saatlarında Frankfurt aeroportunda 176 aviareys ləğv edilib. Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu günə ümumilikdə təxminən 1.1 min uçuş planlaşdırılır. Yeni ləğvetmə və gecikmə halları istisna olunmur. Səyahətçilərə uçuşların statusunu əvvəlcədən öyrənmək tövsiyə edilir.

Aeroportun mətbuat xidməti, eyni zamanda, bildirib ki, hələlik uçuşların tam dayandırılması nəzərdə tutulmur.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər