2 C
Baku
Saturday, December 14, 2024

Fransa ən çox saxta avro dövriyyəsinə malik ölkə seçilib

Banker.az saytı Fransanın Le Figaro nəşrinə istinadən xəbər verir ki, avrozonada aşkar edilmiş saxta banknotların üçdə bir hissəsindən çoxu Fransada dövriyyədən geri götürülür.

Fransanın saxta pulların dövriyyəsi ilə mübarizə üzrə milli polis idarəsinin məlumatına görə, bu avrozona ölkələri sırasında ən yüksək göstəricidir.

Ölkə polisi qeyd edir ki, 2015-2016-cı illərdə saxta banknotların dövriyyəsinin təqribən 34%-i Fransanın payına düşürdü. Statistikaya əsasən, ən çox saxtalaşdırılan banknot 20 və 50 avro nominalında olan pullardır. Polisin hesablamalarına görə, bu pullar ümumilikdə aşkar edilən saxta pulların 87%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər