15 C
Baku
Saturday, April 27, 2024

Fransa ərzaq böhranını aşmaq üçün Afrika torpaqlarına göz dikib

Rusiyanın müharibə elan etməsi ilə Avropanın taxıl anbarı kimi tanınan Ukraynada 40 milyon ton taxıl ehtiyatının ixracının qarşısı alındı ​​və buğda qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə qalxdı. Bu, yoxsul ölkələr ilə yanaşı böyük iqtisadiyyatlara sahib ölkələri də ərzaq böhranı ilə üz-üzə qoydu. Avropanın taxıl idxalının 40%-i Rusiya və Ukraynanın payına düşür. Buna görə də böhrandan ən çox təsirlənən elə Avropa ölkələri olub. Dünyanın ən böyük taxıl məhsulları istehsalçılarından biri olan Hindistanın ölkədə artan temperaturun quraqlığa səbəb ola biləcəyini əsas gətirərək kənd təsərrüfatı məhsullarına embarqo qoyması Avropanı qida böhranı və təhlükəsizlik mövzusunda təşvişə salıb.

Taxıl ixracatında qonşuları arasında birinci yerdə olan və ərzaq böhranından ən çox əziyyət çəkənlərdən biri – Fransa böhrandan çıxmaq üçün gözünü Afrikadakı böyük və əkinə yararlı sahələrə dikib. Hazırda qitədə fransızdilli ölkələrin mühüm kənd təsərrüfatı məhsullarının ən böyük alıcısı olan Fransa buğdanın, əsasən də əsas kənd təsərrüfatı məhsullarının əkilməsi ilə bağlı əlavə layihələrin reallaşdırılması istiqamətində hərəkətə keçib. Fransanın bu layihələr üçün müəyyən etdiyi ölkələr arasında ilk sıralarda Seneqal və Mavritaniya var. Paris hökümətinin ilk mərhələdə bu iki ölkəni hədəf almasının səbəbi kimi Sahel bölgəsindəki mövcud terror təhlükəsi və Mali ilə yaşanan diplomatik böhran göstərilir. Həm də Rusiyanın təsiri digər Afrika ölkələri ilə müqayisədə Seneqalda və Mavritaniyada daha azdır. Digər səbəb kimi Fransanın Seneqal, Fildişi Sahili, Niger və Mavritaniya ilə yüksək hərbi və iqtisadi əməkdaşlığı göstərilir. Bildirilir ki, ölkədə xüsusilə günəbaxan yağı və kartof kimi əsas qida məhsullarında ehtiyatların sürətlə tükənməsi və tədarük zəncirindəki çətinlik Fransanı “təcili həll”ə sövq edən digər amildir.

Banker.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda elan etdiyi Seneqal və Mavritaniya ilə yeni kənd təsərrüfatı layihələri haqqında razılaşmadan sonra bu ölkələrdəki Fransa nümayəndələri ərzaq böhranı ilə bağlı açıq müzakirələr və forumların təşkilində liderlik etməyə başladılar. Yeri gəlmişkən, Fransanın Seneqaldakı səfiri Filip Lallio Seneqalın mühüm şəhərlərindən biri olan Thiesdə kənd təsərrüfatı üzrə keçirilən açıq konfransın əsas iştirakçıları arasında idi. Müstəmləkə keçmişinə görə Fransa qitədə “arzuolunmaz ölkə”yə çevrilib. Bir yandan da Rusiya Afrikadakı fəaliyyətini artırıb və bununla da, Fransanın buradakı nüfuzunu demək olar ki, itirib. İndi qitə xalqının Fransanın yeni layihələrinə necə reaksiya verəcəyi maraq doğurur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər