9 C
Baku
Thursday, December 12, 2024

Fransa, Almaniya və İtaliya liderləri Kiyevə səfər edəcəklər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi iyunun 16-sında Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər. Hələ ölkələrdən heç biri bunu rəsmən təsdiqləməyib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb, bununla əlaqədar xarici liderlər dəfələrlə Kiyevə səfər ediblər. Apreldə Latviya, Litva, Polşa və Estoniya prezidentləri Kiyevə gəliblər. Həmçinin həmin ay Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın paytaxtına səfər edib. Ötən həftə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ikinci dəfə Kiyevə gəlib.

Son xəbərlər
Digər xəbərlər