Banker.az xəbər verir ki, Fransa hökuməti belə təyin edib ki, amerikalı Amazon şirkəti bazarda sahib olduğu dominant mövqedən sui-istifadə edir və Fransadakı partnyorlarına ədalətsiz şərtlər yaradır.
Fransanın Antimonopoliya orqanının verdiyi məlumata görə, ölkənin iqtisadiyyat naziri Bruno Le Maire aparılan yoxlamalardan sonra Amazon şirkətinə qarşı Paris Ticarət məhkəməsində iddia irəli sürüb.
Yoxlamalar zamanı Amazon şirkətinin bazarda dominantlıq mövqeyindən istifadə edərək fransalı şirkətlər ilə müqavilə şərtlərində gözlənilməz dəyişikliklər etdiyi, həmçinin bir tərəfli şəkildə onların icrasını dayandırdığı aşkar edilib.
Bununla əlaqədar olaraq, Fransa rəhbərliyi Amazon şirkətindən 10 milyon avro dəyərində cərimə ödənilməsini tələb edir.