-3 C
Baku
Sunday, December 15, 2024

Fransa Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırır

Fransa ekoloji vəziyyətlə əlaqədar Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırır.

Fransa Nəqliyyat Nazirliyində Avropa İttifaqı səlahiyyətlilərinə karbon qazı tullantılarını azaltmaq üçün minimal qiymətlər siyasətini yenidən nəzərdən keçirmək təklif olunacaq.

Nazir-nümayəndə Kleman Bonun sözlərinə görə, bununla da Paris “sosial və ekoloji dempinq ilə” mübarizə aparmaq niyyətindədir. O deyib ki, 10 avroluq ucuz aviabiletlər daha mümkün deyil.

Turizm sahəsində ekspert və “Trains for Europe” şirkətinin yaradıcısı Con Port bildirib ki, bu cür tədbirlər əhalinin müxtəlif təbəqələrinə qeyri-proporsional şəkildə təsir edəcək. Belə ki, imkanlı şəxslər müntəzəm olaraq təyyarə ilə uçmağa davam edəcək, azgəlirli sərnişinlər isə başqa bir ölkədə həftəsonundan imtina etmək məcburiyyətində qalacaqlar.

Son xəbərlər
Digər xəbərlər