9 C
Baku
Thursday, December 12, 2024

Fransa boru kəməri ilə Almaniyaya ilk qaz tədarükünü həyata keçirib

Fransanın “GRTgaz” qaz təchizatı operatoru infrastrukturun hazırlanmasının və boru kəməri ilə Fransadan Almaniyaya qazın ilk revers tədarükünün başa çatdığını elan edib.

Bu barədə qaz təchizatı operatorun açıqlamasında deyilib.

“Rusiya qazının Avropaya tədarükünün kəskin azalması kontekstində və enerji təhlükəsizliyi məsələlərində Avropa həmrəyliyi çərçivəsində “GRTgaz” öz şəbəkəsini uyğunlaşdırmaq və Almaniyanın qaz ötürmə güclərini satmaq təklifini rəsmiləşdirmək üçün səfərbər olub. 13 oktyabr 2022-ci il tarixindən etibarən “GRTgaz” qazı Oberqaylbax əlaqə nöqtəsi (Mozel departamenti) vasitəsilə Almaniyaya nəql etməyə imkan verir”, – deyə bildirilib.

Bildirilib ki, hazırlıqlardan sonra “ilk qaz axınları gündə 31 gigavat-saat həcmində ötürülüb”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər