25 C
Baku
Saturday, July 27, 2024

Fransa hökuməti aviasiya sənayesinə 15 milyard avro ayırıb

Fransa hökuməti koronavirus (COVID-19) pandemiyasının zərbə vurduğu “Airbus SE” şirkəti və onun təchizatçıları üçün 15 milyard avro dəyərində xilasetmə paketi hazırlayıb.

Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verilir.

Paket şirkətlərə yeni təyyarələrin hazırlanması üçün kredit verilməsini, eləcə də subsidiyaların müddətinin uzadılmasını əhatə edir.

“Bu paket koronavirusdan qorunmaq üçün həyata keçirilən tədbirlər nəticəsində ziyana düşmüş Avropanın aparıcı təyyarə istehsalçısını və onun yüzlərlə yerli tədarükçüsünü dəstəkləmək üçün hazırlanıb”, – Fransanın maliyyə naziri Bruno Le Maire qeyd edib.

Xatırladaq ki, ötən həftə “Airbus” yeni sifarişlər almadığını və yalnız may ayında müştərilərə 24 yeni təyyarə çatdırdıqlarını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər