Fransa ilin sonuna qədər hərbi qüvvələrini Nigerdən çıxaracağını bildirib.
Bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, dekabrın 31-dək 1 400 fransız hərbçi Nigerdən çıxarılacaq.
Qeyd edək ki, sentyabrın sonunda Prezident Emmanuel Makron Fransa ordusunun 2023-cü ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlayıb.