22 C
Baku
Monday, May 27, 2024

Fransa Prezidenti Baş nazirin istefasını qəbul etməyib

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun istefasını qəbul etməyib.

Bu barədə AFP agentliyi Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, E.Makron bu gün və sabah fransızların xeyrinə mümkün konstruktiv həll yollarını müəyyən etmək üçün lazımi siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.

Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, bundan əvvəl Fransanın kompleks ekoloji dəyişikliklər naziri və əmək, məşğulluq və inteqrasiya naziri vəzifələrində çalışıb. E.Born Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər