11 C
Baku
Wednesday, December 11, 2024

Fransa prezidenti kiçik müəssisələr üçün icarə və kommunal ödənişləri müvəqqəti olaraq ləğv edəcəyini vəd etdi

Fransa prezidenti kiçik müəssisələr üçün icarə və kommunal ödənişləri müvəqqəti olaraq ləğv edəcəyini vəd edib.

Banker.az xəbər verir ki, bu haqda “Financial Times” yazır. Qeyd edildiyi kimi, belə bir təşəbbüsün əsas səbəbi yeni koronavirus pandemiyasının yayəlması olub.
Emmanuel Makron 2020-ci il 16 mart tarixindəki telemüraciətində “heç bir şirkətin müflis olmayacağını” bildirib. Xatırladaq ki, ötən həftə Fransadakı bütün bar və restoranlar fəaliyyətini dayanırmışdır. Yerli hakimiyyət zərər çəkmiş şirkətlərə dəstək olmaq məqsədilə 45 milyard avro vəsait ayıracaq.
Martın 30-dək fransızlara zərurət olmadığı halda evdən çıxmaq qadağandır: məsələn, dərman vasitələrini və ya qida məhsullarını almaq üçün. Bu qaydanı pozmuş şəxslərə münasibətdə 38 avro cərimə cəzası tətbiq olunacaq.
Son sutka ərzində Fransada koronavirusa yoluxanların sayı 1200 nəfər artıb, 21 nəfər dünyasını dəyişib. 2020-ci il 17 mart tarixindən etibarən Şengen bölgəsinə giriş bağlanacaqdır.

Son xəbərlər
Digər xəbərlər